Bank Of Baku

Rusiya Dövlət Dumasına uşaqbazlara qarşı kimyəvi üsulla axtalanma cəzası nəzərdə tutan qanun layihəsi təqdim olunub

Rusiya Dövlət Dumasına uşaqbazlara qarşı kimyəvi üsulla axtalanma cəzası nəzərdə tutan qanun layihəsi təqdim olunub
# 30 sentyabr 2009 18:14 (UTC +04:00)
Bakı - APA. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə düzəlişlər layihəsi Dövlət Dumasının müzakirəsinə təqdim edilib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Dumanın “Ədalətli Rusiya” fraksiyasından olan deputatı Anton Belyakov məlumat verib.
A.Belyakov bildirib ki, layihədə pedofillərə (uşaqbazlara) qarşı kimyəvi üsulla kastrasiya (axtalanma) cəzası nəzərdə tutulur. Onun sözlərinə görə, axtalanma 14 yaşına qədər uşaqları zorlamağa, 12 yaşına qədər uşaqlarla cinsi əlaqəyə, eləcə də azyaşlılara qarşı seksual xarakterli zorakı hərəkətlərə görə tətbiq ediləcək.
Layihədə kastrasiya cəzasının həbs cəzası ilə əvəzlənməsi də nəzərdə tutulur. Bu isə yalnız ömürlük azadlıqdan məhrum etmədir.
A.Belyakov qeyd edib ki, psixiatriya elmi pedofiliya qarşısında acizdir: “Pedofiliya psixikanın pozulması ilə əlaqədar müalicəsi olmayan xəstəlikdir. Azadlığa buraxılmış pedofillərin 97%-i yenidən öz cinayətkar əməllərini təkrarlayır. Onlar heç vaxt cəmiyyətin tamhüquqlu üzvü olmayacaq xəstə və təhlükəli adamlardır”.
Kimyəvi üsulla axtalanma kişi cinsindən olan cinayətkarın bədəninə xüsusi preparatın - testosteronun modifikasiyalaşdırılmış formasının yeridilməsini nəzərdə tutur. Nəticədə kişi hormonlarının fəaliyyəti dayanır və bununla bağlı olaraq cinsi istək tamamilə məhv olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR