Bank Of Baku

SSRİ-nin ilk kosmonavtlarından biri vəfat edib

SSRİ-nin ilk kosmonavtlarından biri vəfat edib
# 30 sentyabr 2009 20:29 (UTC +04:00)
Bakı – APA. Kosmonavt Pavel Popoviç Krım sanatoriyalarının birində vəfat edib. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bu barədə Rusiya Kosmonavtika Federasiyasından məlumat verilib.
Qeyd edək ki, 80 yaşında dünyasını dəyişən P.Popoviç SSRİ-nin ilk kosmonavtlarından olub. İki dəfə Sovet ittifaqı Qəhrəmanı olan kosmonavt ilk dəfə 12-15 avqust 1962-ci ildə Adrian Nikolayevlə birgə kosmosa uçub. O, iki dəfə kosmik fəzaya qalxıb və ümumilikdə 18 sutka 16 saat 14 dəqiqə uçuş keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR