Bank Of Baku

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələri haqqında sazişə qoşulub

Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələri haqqında sazişə qoşulub
# 02 oktyabr 2009 12:44 (UTC +04:00)
Minsk-APA. Belarus Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv çevik reaksiya qüvvələri haqqında sazişə qoşulub. APA-nın məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenko bununla bağlı müvafiq sənədlərin imzalanması prosesinin bu gün başa çatdığını bildirib. O, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına ardıcıl olaraq ikinci dəfə sədrlik etmək istədiyini bildirib və təşkilat üzvləri bu təkliflə razılaşıblar. Qeyd edək ki, bu günə kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv yeddi ölkədən yalnız Belarus və Özbəkistan kollektiv çevik reaksiya qüvvələri haqqında sazişə qoşulmamışdı. Belarus nümayəndə heyəti bunu Rusiya ilə aparılan “süd müharibəsi” ilə əlaqələndirmiş, rəsmi Daşkənd isə bu sazişə qoşulmaq niyyətinə əmin olmadığını bildirmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR