Bank Of Baku

Xasavyurtda üç terrorçu öldürülüb

Xasavyurtda üç terrorçu öldürülüb
# 03 oktyabr 2009 07:48 (UTC +04:00)
Xasavyurt-APA. Dağıstanın Xasavyurt rayonunda keçirilən xüsusi əməliyyat zamanı üç terrorçu məhv edilib. APA-nın məlumatına görə, əməliyyat zamanı Toturbikala kəndində şübhəli maşın aşkarlanıb. Maşında olan üç silahlı şəxs milis əməkdaşlarına tabe olmayaraq müqavimət göstəriblər. Atışma zamanı üç silahlı öldürülüb. Hazırda əməliyyat aparılan bölgə mühasirəyə alınıb, öldürülən terrorçuların şəxsiyyəti dəqiqləşdirilir. Xatırladaq ki, dünən Dağıstanda keçirilən xüsusi əməliyyat zamanı Nəbi Miqiddinovun dəstəsinin iki üzvü məhv edilib. Bu gün isə Çeçenistanın cənub-şərqində 8 silahlı zərərsizləşdirilib. Onların hamısının Dağıstan sakinləri olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR