Bank Of Baku

Fransa prezidenti Nikola Sarkozi Qazaxıstana rəsmi səfər edəcək

Fransa prezidenti Nikola Sarkozi Qazaxıstana rəsmi səfər edəcək
# 05 oktyabr 2009 06:59 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Fransa prezidenti Nikola Sarkozi oktyabrın 6-da Qazaxıstana rəsmi səfər edəcək. Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın Qazaxıstan və Mərkəzi müxbirinə verilən məlumata görə, bir günlük səfər çərçivəsində, əsasən iki ölkə arasında iqtisadi ticarət münasibətləri müzakirə olunacaq, biznes əlaqələrinin yaradılması, investisiya layihələrinin hazırlanması barədə danışıqlar aparılacaq.

Səfər çərçivəsində ilk dəfə olaraq, dövlət başçılarının iştirakı ilə Qazaxıstan-Fransa biznes-forumu da keçiriləcək.

Danışıqların yekunu olaraq ikitərəfli sənədlərin imzalanması da nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR