Bank Of Baku

Nyu-York və Kanada erməniləri Serj Sarkisyana “yox” deyiblər

Nyu-York və Kanada erməniləri Serj Sarkisyana “yox” deyiblər
# 05 oktyabr 2009 08:16 (UTC +04:00)
Bakı – APA. Erməni diasporasının sıx məskunlaşdığı iri mərkəzlərə səfərə çıxan prezident Serj Sarkisyan Nyu-Yorkda ABŞ-ın şərqindəki və Kanadadakı erməni icmasının nümayəndələri ilə görüşüb. APA-nın “Armenia today” saytına istinadən yaydığı xəbərə görə, S. Sarkisyan həmvətənlərinə Türkiyə ilə paraflanmış protokollar haqqında məlumat verib. Diaspora təmsilçiləri isə protokolların bəzi maddələrindən narahat olduqlarını söyləyiblər. Onlar xüsusən tarixi məsələlərlə bağlı alt komissiyanın yaradılmasına, eləcə də dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair müddəaları buna misal kimi göstəriblər.

Bir qrup erməni isə S. Sarkisyanın qaldığı otelin qarşısında piket keçirib. Onlar əllərində “Erməniliyin gələcəyi hesabına güzəşt olmaz!”, “Protokollara yox!”, “Saxtakarlığa yox!”, “Xəyanətə yox!” sözləri yazılmış plakatlar tutublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR