Bank Of Baku

MDB dövlət başçıları 20, XİN başçıları isə 22 məsələ müzakirə edəcəklər

MDB dövlət başçıları 20, XİN başçıları isə 22 məsələ müzakirə edəcəklər
# 05 oktyabr 2009 09:37 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Oktyabrın 9-da Moldovanın paytaxtı Kişinyovda Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası olacaq. APA-nın MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, bir gün əvvəl - oktyabrın 8-də isə Xarici İşlər Nazirləri Şurasının yığıncağı keçiriləcək. Nazirlər 22 məsələni müzakirə edəcəklər. Gündəliyə dövlət başçılarının müzakirəsinə təqdim ediləcək 20 məsələ də salınıb. Prezidentlər maliyyə-iqtisadi böhranın nəticələrinin birgə aradan qaldırılması, Böyük Vətən Müharibəsində qələbənin 65 illiyi ilə bağlı dünya ictimaiyyətinə müraciət, 2010-cu ilin MDB ölkələrində “Müharibə veteranları ili” elan edilməsi, veteran təşkilatları haqqında və s. sənədləri müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR