Bank Of Baku

Ermənistan parlamentinin üzvü kənd sakinini güllələyib

Ermənistan parlamentinin üzvü kənd sakinini güllələyib
# 05 oktyabr 2009 13:28 (UTC +04:00)
APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, insident Erasx-İrəvan yolunda, Marmaraşen kəndi yaxınlığında baş verib. İnsidentin səbəbi məlum deyil. İlkin məlumata görə, millət vəkilinə əsəbiləşən Artur Zadoyan maşın açarı ilə onun başına zərbə endirib. Buna cavab olaraq erməni deputat həmin şəxsə “Brauninq” markalı tapançadan 5 dəfə atəş açıb. Kənd sakini əl və ayaqlarından güllə yarası alıb. Qeyd edək ki, Karo Karapetyan parlamentə müstəqil deputat kimi seçilsə də, hakim koalisiyada iştirak edən “Çiçəklənən Ermənistan” fraksiyasına daxildir. O həmçinin parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR