Bank Of Baku

Amerikalı senator: “Türkiyə ilə Ermənistan arasında tarixi məsələlərə dair alt komissiyanın yaradılması qərarı erməni xalqına təhqirdir”

Amerikalı senator: “Türkiyə ilə Ermənistan arasında tarixi məsələlərə dair alt komissiyanın yaradılması qərarı erməni xalqına təhqirdir”
# 05 oktyabr 2009 13:29 (UTC +04:00)
Bakı – APA. ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsinin üzvü, ermənipərəst senator Bob Menendes Türkiyə ilə Ermənistan arasında tarixi məsələlərə dair alt komissiyanın yaradılması barədə protokolda nəzərdə tutulan müddəanı erməni xalqına təhqir saydığını bildirib. APA-nın “asbarez.com” saytına istinadən verdiyi məlumata görə, senator hesab edir ki, 1915-ci ildə erməni xalqının soyqırıma məruz qalması təkzibedilməz tarixi faktdır: “Artıq Türkiyənin öz cinayətini etiraf və qəbul etməsinin vaxtı çatıb. Dünya da erməni xalqının tarixinə hörmətini ifadə etməlidir”.

Senator Ermənistanla Türkiyə arasında razılaşdırılmış protokolların absurd olduğunu bəyan edib: “Ermənistan özünün milli maraqlarına, həmçinin ABŞ-ın uzunmüddətli milli maraqlarına uyğun gəlməyən sənədi qəbul etməklə bağlı təzyiqə məruz qalmamalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR