Bank Of Baku

Nikola Sarkozi: “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər”

Nikola Sarkozi: “Qazaxıstan Dağlıq Qarabağ münaqişəsinin həllində böyük rol oynaya bilər”
# 06 oktyabr 2009 15:11 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qazaxıstan Mərkəzi Asiya regionunda vəziyyətin stabilləşməsi və Qafqazda münaqişələrin həllində böyük rol oynaya bilər. APA-nın məlumatına görə, bu fikirləri Astanada dövlət səfərində olan Fransa prezidenti Nikola Sarkozi Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə keçirdiyi birgə mətbuat konfransında deyib: “Qazaxıstan dinc ölkədir, sülhə can atır və bu regionda ölkələr arasında sülhün bərpa olunmasına, bir sıra münaqişələrin, məsələn Dağlıq Qarabağ, Osetiya və Abxaziyanın həllinə köməklik edə bilər”.
Prezident Sarkozi hesab edir ki, regionda stabilliyin bərpa olunması məhz Qazaxıstanın üzərinə düşür: “Qazaxıstan bizə Əfqanıstan və İranda böhranın nizamlanmasında, Rusiyada olan dostlarımızla yeni münasibətlərin qurulmasında, dözümsüzlük və ekstremizmlə mübarizədə, bu regionda böhran vəziyyətlərin həllində, Dağlıq Qarabağ, Osetiya və Abxaziya münaqişələrinin həllində çox lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR