Bank Of Baku

İrəvanda Türkiyə ilə paraflanmış protokolların surəti və Serj Sarkisyanın portreti yandırılıb

İrəvanda Türkiyə ilə paraflanmış protokolların surəti və Serj Sarkisyanın portreti yandırılıb
# 07 oktyabr 2009 07:50 (UTC +04:00)
Bakı – APA. Ermənistanın “Miatsum” (“Birləşmə”) təşkilatı İrəvanda Türkiyə ilə razılaşdırılmış protokollara qarşı yürüş təşkil edib. APA-nın Ermənistan xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, Mergelyan adına institutdan başlayan yürüş uydurma “soyqırım” memorialının qarşısında başa çatıb. Aksiya iştirakçıları burada protokolların surətini yandırıblar və prezident Serj Sarkisyanın portretinə od vurublar. Yanmağa başlayan portreti polislər son anda xilas edib. “Miatsum”un koordinatoru, Qarabağ müharibəsi iştirakçısı Jirayr Səfilyan bildirib ki, protokollar imzalansa belə, ümidləri itirmək lazım deyil: “Ermənistanın türklərə məğlub olacağını düşünənlər yanılır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR