Bank Of Baku

Serj Sarkisyan Livanda etiraz aksiyası ilə qarşılanıb

Serj Sarkisyan Livanda etiraz aksiyası ilə qarşılanıb
# 07 oktyabr 2009 08:08 (UTC +04:00)
Bakı – APA. Erməni diasporasının məskunlaşdığı iri mərkəzlərə turneyə çıxan Ermənistan prezidenti Serj Sarkisyan Livanda etiraz aksiyası ilə qarşılanıb. APA-nın “Armenia today” saytına istinadən verdiyi xəbərə görə, minlərlə erməni Beyrut küçələrinə çıxaraq Türkiyə ilə imzalanmış protokollara etirazını bildirib. S. Sarkisyanın Livanın erməni icmasının nümayəndələri ilə görüş keçirdiyi restoranın yaxınlığında kütləvi aksiya keçirilib. Aksiyada “Daşnaksutyun”, Sosial-Demokrat “Qnçakyan” Partiyası və Ramkavar-Azatakan Partiyasının üzvləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR