Bank Of Baku

Türkmənistan prezidenti qonşu ölkələrlə münasibətlərin inkişaf etməsinin vacibliyini bildirib

Türkmənistan prezidenti qonşu ölkələrlə münasibətlərin inkişaf etməsinin vacibliyini bildirib
# 07 oktyabr 2009 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov qonşu ölkələrlə münasibətlərin inkişaf etməsinin vacibliyini bildirib. APA-nın Türkmənistan KİV-inə istinadən verdiyi məlumata görə, Nazirlər Kabinetinin iclasında baş nazirin müavini Xıdır Saparlıyev oktyabrın 3-də Naxçıvanda keçirilmiş türkdilli ölkələrin sammitinin nəticələri barədə məlumat verib.

Hesabatı dinləyən prezident Berdıməhəmmədov bütün dünya ölkələri ilə məhsuldar dialoqun inkişaf etdirilməsinin vacibliyinə diqqət yetirib. Prezident deyib ki, tarixi dostluq münasibətlərini, eyni mədəni və mənəvi ənənələrə malik olan qonşu ölkələrlə sıx əlaqələri daha da genişləndirmək lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR