Bank Of Baku

Serj Sərkisyan: “Soyqırımı faktının tanınması Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən mühüm faktordur”

Serj Sərkisyan: “Soyqırımı faktının tanınması Ermənistanın təhlükəsizliyi nöqteyi-nəzərindən mühüm faktordur”
# 07 oktyabr 2009 11:03 (UTC +04:00)
Beyrut-APA. “Erməni soyqırımının tanınması təkcə ədalətin bərpası deyil, həmçinin Ermənistanın təhlükəsizliyinin mühüm faktorudur”. APA-nın məlumatına görə, bu fikirləri Ermənistan prezidenti Serj Sərkisyan Beyrutda Yaxın Şərq ölkələrində fəaliyyət göstərən erməni diaspor təşkilatlarının nümayəndələri ilə görüşündə deyib. Prezident imzalanacaq protokolların mahiyyəti barədə diaspora nümayəndələrinə məlumat verib: “Biz dəfələrlə demişik ki, soyqırımı faktının tanınması Ermənistanın və erməni xalqının təhlükəsizliyi nöqteyi-nəzərindən mühüm faktordur”. Qeyd edək ki, Türkiyə hökuməti protokollar imzalandıqdan sonra ABŞ başqa olmaqla, dünya dövlətlərində qondarma “erməni soyqırımı”nın tanınması prosesinin dayanacağına ümid bəsləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR