Bank Of Baku

Beyrut hava limanında Ermənistan prezidentinin maşını daşa basılıb, ermənilər Sərkisyanı təhqir ediblər

Beyrut hava limanında Ermənistan prezidentinin maşını daşa basılıb, ermənilər Sərkisyanı təhqir ediblər
# 07 oktyabr 2009 16:39 (UTC +04:00)
APA-nın “Tert.am” saytına istinadən yaydığı məlumata görə, Ermənistanla Türkiyə arasında protokolların imzalanmasına qarşı çıxan erməni diasporunun nümayəndələri Beyrut hava limanında Serj Sərkisyanın avtomobilinə mobil telefonlar və daş atıblar. Bundan başqa ermənilər prezidentin ünvanına təhqiramiz ifadələr işlədiblər. Serj Sərkisyanın diaspora nümayəndələri ilə görüş keçirdiyi otelin qarşısında isə kütləvi aksiya keçirilib. Minədək erməninin qatıldığı aksiya insidentsiz ötüşməyib. Aksiyanın qarşısını almaq istəyən polislə nümayişçilər arasında bir neçə toqquşma qeydə alınıb. Xatırladaq ki, qeyd olunan protokolların imzalanmasına qarşı çıxan erməni diasporunun təmsilçiləri bundan əvvəl Paris və Nyu-Yorkda da analoji aksiyalar keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR