Bank Of Baku

Ermənistanda gürcülərin homoseksual obrazda təqdim olunduğu tamaşanın nümayiş etdirilməsi Gürcüstanda ciddi narazılığa səbəb olub

Ermənistanda gürcülərin homoseksual obrazda təqdim olunduğu tamaşanın nümayiş etdirilməsi  Gürcüstanda ciddi narazılığa səbəb olub
# 08 oktyabr 2009 07:39 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Tiflisdə çıxan “Свободная Грузия” qəzetinin 3 oktyabr sayında “Gürcü anası”nı... cəhənnəmə göndərdilər” sərlövhəli yazı dərc olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, məqalədə bildirilib ki, iyulun 30-da Yerevan Opera Teatrında gürcü və erməni rejissorların quruluşunda Motsartın “Don Juan” operasının eksperimental nümayişi olub. “Don Juan”ın yeni versiyası ilə Ermənistanda Gürcüstan Mədəniyyəti Günlərinə yekun vurulub. Bu tamaşa Gürcüstanda heç kimə məlum olmayan “Red Leb” adlı fond və Yerevan Opera Teatrının səyləri nəticəsində hazırlanıb. “Свободная Грузия” qəzetində qeyd olunub ki, 16 yaşına qədər uşaqlar bu yazını oxuya bilməzlər. Məqalənin müəllifi Arno Xidirbeqişvili öz yazısını bu cümlələrlə başlayıb: “Hörmətli oxucular! Əvvəlcə mən sizdən üzr istəyirəm və boynuma alıram ki, bir gürcü kimi bu sətirləri yazmaq mənim üçün çox ağırdır və mən ikrah hissi keçirirəm, utanıram”. Məqalədə gürcü jurnalisti “Don Juan” operasının yeni quruluşunun müasir məzmununa öz münasibətini bildirib. Müəllif sual verir: “Əsl gürcü görəndə ki, gürcü qadınının simvolu olan analarımız, həyat yoldaşlarımız, bacılarımız düşməncəsinə homoseksual obrazında verilib, onlar hansı hisslər keçirərlər?“

Müəllifin fikrincə, operanın Yerevanda nümayiş olunmuş eksperimental variantı gürcü mentalitetinin təhqir edilməsi deməkdir: “İndi bu operanı Tiflisdə keçiriləcək Ermənistan Mədəniyyəti Günlərində nümayiş etdirəcəklər. Ermənistan Mədəniyyət Nazirliyinin adının açıqlanmasını istəməyən nümayəndəsi bildirib ki, “bir az riskli olan bu eksperimentdən biz çox razıyıq, amma bu tamaşanı Tiflisdə necə qarşılayacaqları məlum deyil.” Jurnalist Arno Xidirbeqişvili öz yazısında qeyd edib ki, Yerevan küçələrində Z. Paliaşvili adına Tiflis Opera və Balet Teatrının fonunda vurulmuş afişalarda pornoqrafik və homoseksual xarakterli rəsmlər yer alıb. “Xoşbəxtik ki, Qorqasal torpağında hələ ki, əsl kişilər qalıb, ona görə də ermənilərin bu fırıldağınız Tiflisdə işə keçməyəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR