Bank Of Baku

Ermənistan Milli Təhlükəsizlik Şurası Türkiyə ilə razılaşdırılmış protokollara dəstək verib

Ermənistan Milli Təhlükəsizlik Şurası Türkiyə ilə razılaşdırılmış protokollara dəstək verib
# 08 oktyabr 2009 14:58 (UTC +04:00)
Bakı – APA. Ermənistan Milli Təhlükəsizlik Şurasının genişləndirilmiş iclası keçirilib. APA-nın “Armenia today” saytına istinadən verdiyi məlumata görə, Türkiyə ilə imzalanacaq protokolların, bu barədə aparılan ictimai müzakirələrin və prezident Serj Sarkisyanın diaspora ilə keçirdiyi görüşlərin müzakirə olunduğu iclasda bütün ermənilərin katalikosu II Qaregin də iştirak edib. İştirakçılar paraflanmış protokolları dəstəklədiklərini bildiriblər.

Toplantıda çıxış edən S. Sarkisyan bəyan edib ki, geosiyasi risklər Türkiyə ilə münasibət qurmaqdan imtina etməyə əsas yarada bilməz. O, diaspora təmsilçilərinin Türkiyə ilə bərabərhüquqlu əlaqələr qurmaq üçün Ermənistanın yetərli insani, maliyyə-iqtisadi və siyasi resurslara malik olmamasından narahatlıq duyduğunu söyləyib: “Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Bəli, resurslarımızın səfərbər edilməsinə və diasporanın potensialının tam istifadəsinə ehtiyac var. Lakin bu, ölkəmizin özünə qapanması üçün əsas ola bilməz”.

S. Sarkisyanın sözlərinə görə, sərhədlərin açılmasından sonra Ermənistanın Türkiyənin iqtisadi və demoqrafik ekspansiyasına məruz qala biləcəyinə dair narahatlıq da var: “Bu, başağrısı ilə ən yaxşı mübarizə üsulunun başı üzmək olduğunu düşünməm kimi bir şeydir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR