Bank Of Baku

“Mahaçqala camaatının əmiri” Hacımurad Kamaluddinov öldürülüb

“Mahaçqala camaatının əmiri” Hacımurad Kamaluddinov öldürülüb
# 09 oktyabr 2009 10:11 (UTC +04:00)
Dağıstan-APA. Dağıstanın Kızılyurt kəndinin Kirovaul kəndində keçirilən xüsusi əməliyyat zamanı ən azı iki terrorçu öldürülüb. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, hazırda öldürülən terrorçuların sayı dəqiqləşdirilir. Hələlik ölənlərdən birinin şəxsiyyəti dəqiqləşdirilib. Bu, “Mahaçqala camaatının əmiri” Hacımurad Kamaluddinovdur. Onunla birlikdə mühasirəyə düşdükləri evdən çıxmağa çalışan və hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərən həyat yoldaşı da öldürülüb. Hadisə yerindən Kalaşnikov avtomatı, Makarov tapançası və bir neçə əl qumbarası götürülüb. Qeyd edək ki, rəsmi dairələr Kamaluddinovun hələ yazda keçirilən əməliyyat zamanı öldürüldüyü barədə məlumat yaysalar da, bu xəbər sonradan təsdiqlənməmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR