Bank Of Baku

Ukraynanın nüfuzlu oliqarxı Pyotr Poroşenko xarici işlər naziri təyin olunub - FOTO

Ukraynanın nüfuzlu oliqarxı Pyotr Poroşenko xarici işlər naziri təyin olunub - <font color=red>FOTO</font>
# 09 oktyabr 2009 12:09 (UTC +04:00)
Bakı – APA. Ukraynanın yeni xarici işlər nazirinin adı bəlli olub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ali Rada prezident Viktor Yuşşenkonun təqdimatı ilə Ukrayna Milli Bankının Şura sədri Pyotr Poroşenkonu xarici işlər naziri vəzifəsinə təsdiqləyib. “Yuliya Timoşenko”, “Bizim Ukrayna-Xalq Özünümüdafiəsi” blokları və Litvinin bloku tam heyətlə P. Poroşenkonun namizədliyinin lehinə səs veriblər. 240 səslə xarici işlər naziri olan P. Poroşenko Ali Radada and içərək vəzifəsinin icrasına başlayıb. Xatırladaq ki, bu il martın 3-də Vladimir Oqrızkonun istefaya göndərilməsindən sonra xarici işlər naziri postu boş idi.

P. Poroşenko 1965-ci ildə Odessa vilayətinin Belqrad şəhərində dünyaya gəlib. Kiyev Dövlət Universitetinin beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsini bitirib. 2001-ci ilin dekabrından bəri Viktor Yuşşenkonun ən yaxın silahdaşıdır və onun seçki kampaniyalarını maliyyələşdirib. V. Yuşşenko P. Poroşenkonun qızlarının xaç atasıdır.

Ukraynanın zəngin iş adamlarından biri olan P. Poroşenko “Ukrprominvest” Konserninin fəxri prezidentidir. Konsernin tərkibinə 4 qənnadı fabriki, Dnepr nişasta kombinatı, Lutsk avtomobil zavodu, “Çerkasskiy avtobus” zavodu, “İSTA” akkumulyator zavodu, “Leninskaya kuznya” gəmiqayırma zavodu, 2 çörək kombinatı, 1 şüşə məmulatları zavodu, 1 pivə zavodu, eləcə də bir neçə şəkər və süd-konserv zavodları, həmçinin ölkənin ən iri 30 bankından biri olan “MRİYA-Bank” daxildir. “Ukrprominvest-AVTO” Ukraynada Rusiya və digər xarici ölkə avtomobillərinin rəsmi idxalatçısıdır.

P. Poroşenko Ukraynanın əməkdar iqtisadçısı, elm və texnika sahəsində dövlət mükafatı laureatıdır və II, III dərəcəli “Xidmətlərə görə” medalı ilə təltif edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR