Bank Of Baku

Rusiyada minik avtomobillərinin satışı 51% azalıb

Rusiyada minik avtomobillərinin satışı 51% azalıb
# 09 oktyabr 2009 18:12 (UTC +04:00)
Bakı – APA-Economics. Bu ilin ilk doqquz ayı ərzində Rusiyada minik və yüngül kommersiya avtomobillərinin satışı 1 mln. 110,226 ədəd təşkil edib. “APA-Economics”in Rusiya mətbuatına istinadən xəbərinə görə, bu, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 51% azdır.
Avtomobil markaları üzrə azalma göstəriciləri belədir: “Lada” - 44%, “Chevrolet” - 54%, “Ford” - 54%, “Nissan” - 56%, “Hyundai” - 67%, “Toyota” - 63%, “Renault” - 36%, “Kia” - 35%, “Mazda” - 56%, QAZ - 60%, “Volkswagen” - 14%, “Mitsubishi” - 63%.
Bununla belə, bəzi avtomobil markalarının satışında artım da qeydə alınıb. Çin istehsalı olan “Geely” markalı avtomobillərin satışı 3,7 dəfə, “Hummer”in satışı 91%, “Citroen”in satışı 15% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR