Bank Of Baku

Marneuli rayonundakı Azərbaycan dilli məktəblərə təzə partalar ayrılıb

Marneuli rayonundakı Azərbaycan dilli məktəblərə təzə partalar ayrılıb
# 09 oktyabr 2009 22:56 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneuli rayon Təhsil Resursları Mərkəzi bu günlərdə 1440 ədəd təzə parta alacaq. Bu barədə APA-nın Gürcüstan bürosuna mərkəzin rəhbəri Kamandar İsmayılov məlumat verib.
Məlumata görə, soydaşlarımızın təhsil aldığı məktəblər üçün bu partaları Gürcüstan elm və təhsil naziri ayırıb: “İndiyədək 7 məktəb üçün 5 min ədəd parta almışıq. Bizə daha 1440 ədəd parta veriləcək. Bu il yeni dərs ilində 1656 nəfər birinci sinif şagirdləri dərsliklər və çanta ilə təmin edilib və prezident tərəfindən sosial təminatı az olan birincilərə 100 lari yardım ayrılıb. Rayon üzrə 55 Azərbaycan dilli məktəb fəaliyyət göstərir. Digər millətlərin nümayəndələri də daxil olmaqla ümumilikdə 81 məktəbdə 1980 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 2180 nəfər müəllim məşğul olur. Rayondakı Alget orta məktəbinin tikintisi başa çatmaq üzrədir. Bu günlərdə istifadəyə veriləcək məktəbin tikintisinə Gürcüstan dövləti 360 min lari vəsait ayırıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR