Bank Of Baku

Dağıstanda qaz kəməri partlayıb

Dağıstanda qaz kəməri partlayıb
# 10 oktyabr 2009 08:04 (UTC +04:00)
Mahaçqala - APA. Dünən Bakı vaxtı ilə saat 23:00-da Dağıstanın Xasavyurt şəhərində qaz boru kəmərində partlayış baş verib. APA-nın «İnterfaks» agentliyinə istinadən verdiyi məlumata görə, partlayışın səbəbləri hələ müəyyənləşdirilməyib və hadisə yerində əməliyyat-istintaq qrupu işləyir. Hazırda iki əsas versiya - qaz sızması və kəmərin partladılması ehtimalları üzərində araşdırma aparılır.

Qeyd edək ki, partlayış aşağı təzyiq ventilin yaxınlığında baş verib. Bundan dərhal sonra başlayan yanğın söndürülsə də, Xasavyurtun ətrafında yerləşən qəsəbə və kəndlərə qazın verilişi dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR