Bank Of Baku

Özbəkistan polisi insan orqanlarının alveri ilə məşğul olan qatilləri axtarır - FOTO

Özbəkistan polisi insan orqanlarının alveri ilə məşğul olan qatilləri axtarır - <font color=red>FOTO</font>
# 10 oktyabr 2009 09:28 (UTC +04:00)
Daşkənd – APA. Daşkənd (Özbəkistan) polisi insanların daxili orqanlarının çıxarılması üçün həyata keçirilən bir sıra qətl hadisəsini araşdırmağa başlayıb.

APA-nın «Uznews.net»ə istinadən verdiyi məlumata görə, cinayətkarlar əsasən gəncləri və uşaqları öldürüb onların daxili orqanlarını çıxarır. Artıq Daşkənd polisi şəhərin bütün məktəblərinə ehtiyatlı olmaları barədə xəbərdarlıq edib. Belə ki, məktəb uşaqlarını aldatmaqda heç bir çətinlik yoxdur və eyni zamanda uşaqların daxili orqanları daha sağlamdır.

Bəzi qeyri-rəsmi məlumatlara görə, keçən həftə ərzində 4 nəfər bu növ qətlin qurbanı olub ki, onların arasında iki uşaq və iki yaşlı insan olub. Cinayətkarlar bu yolla əldə etdikləri daxili orqanları sonradan «qara bazar» vasitəsi ilə yüksək qiymətə satırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR