Bank Of Baku

Ermənistan prezidenti Rusiyaya gedəcək

Ermənistan prezidenti Rusiyaya gedəcək
# 10 oktyabr 2009 10:52 (UTC +04:00)
Bakı – APA. Ermənistan prezidenti Serj Sarqsyan oktyabrın 12-də Rusiyaya işgüzar səfər edəcək. APA-nın «RİA Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, səfər Rusiya prezidenti Dmitri Medvedevin dəvəti ilə keçiriləcək.

Xatırladaq ki, Rusiya və Ermənistan prezidentləri artıq ötən gün Kişinyovda keçirilən MDB sammitində görüşüblər. Üçtərəfli formatda keçirilən görüşdə həmçinin Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Görüşün yekunları barədə məlumat verilməsə də, üç prezidentin əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu ətrafında fikir mübadiləsi apardığı bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR