Bank Of Baku

Eduard Şevardnadze Mixail Saakaşvilini günahını etiraf etməyə çağırıb

Eduard Şevardnadze Mixail Saakaşvilini günahını etiraf etməyə çağırıb
# 12 oktyabr 2009 08:44 (UTC +04:00)
Tiflis-APA. “Mixail Saakaşvili ötən ilin avqustunda Cənubi Osetiyaya hücum etməklə səhvə yol verdiyini etiraf etməlidir”. APA-nın məlumatına görə, bu bəyanatla Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze çıxış edib. Avropa İttifaqının müstəqil təhqiqat komissiyasının yekun hesabatını şərh edən Şevardnadze bildirib ki, “Cinayət törətmisənsə, həqiqəti etiraf etmək daha yaxşıdır”. Sabiq prezidentin sözlərinə görə, Rusiya bu müharibəyə Gürcüstan ordusu Sxinvalini bombardman etdikdən sonra qoşulub: “Bu cinayətdir və nüfuzlu təhqiqat komissiyası tərəfindən təsdiqlənib. Avropa İttifaqının gəldiyi nəticələr Gürcüstana yaxşı heç nə vəd etmir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR