Bank Of Baku

“Yaponçik”i öldürən killer qətlə yetirilib

“Yaponçik”i öldürən killer qətlə yetirilib
# 12 oktyabr 2009 09:09 (UTC +04:00)
Moskva-APA. Kriminal dairələrdə “Yaponçik” ləqəbi ilə tanınan “qanuni oğru” Vyaçeslav İvankovu qətlə yetirən killer öldürülüb. APA-nın “GZT.RU” saytına istinadən yaydığı məlumata görə, kriminal dairələrdə aparılan araşdırma zamanı “Yaponçik”ə Əfqanıstan veteranı olan killerin atəş açdığı müəyyənləşib. Killeri dindirən “qanuni oğrular” qətlin sifarişçisinin adını öyrəniblər və daha sonra isə killer öldürülüb.

“GZT.RU”nun yazdığına görə, İvankov hələ xəstəxanada yatan zaman ölkənin müxtəlif həbsxanalarında yatan 34 “qanuni oğru”ya məktub göndərilib. Məktubda “Yaponçik”in ölümündə günahlandırılan avtoritet Tariyel Onianinin alçaldılması tələb olunur. Onianinin həmkarları bununla əlaqədar “sxodka” keçirməyi qərara alıblar. “Vremya novostey” qəzetinin yazdığına görə, Tariyel Oniani hazırda başqa bir cinayət işi üzrə həbsdədir. Xaricdə yaşayan “Yaponçik” Oniani və “Ded Xasan”ın qruplaşmaları arasında “razborka”nı həll etmək üçün bir müddət əvvəl Rusiyaya qayıdıb. “GZT.RU”nin yazdığına görə, “Yaponçik” “razborka”da “Ded Xasan”ın tərəfini saxlayıb. İyulun 28-də “Tayskiy slon” restoranında “Ded Xasan”la görüşən “Yaponçik” restorandan çıxarkən snayper tərəfindən vurulub. Ağır yaralanan Vyaçeslav İvankov oktyabrın 9-da Moskvanın özəl klinikalarından birində dünyasını dəyişib. “Yaponçik”in ya anasının, ya da oğlunun məzarı yanında dəfn olunacağı gözlənilir. Dəfn mərasiminə Avropanın kriminal dairələrindən çoxlu sayda nüfuzlu avtoritetin qatılacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR