Bank Of Baku

İnquşetiyada genişmiqyaslı antiterror əməliyyatı başlayıb

İnquşetiyada genişmiqyaslı antiterror əməliyyatı başlayıb
# 12 oktyabr 2009 10:47 (UTC +04:00)
Nazran-APA. İnquşetiyada keçirilən antiterror əməliyyatı zamanı dörd terrorçu öldürülüb. APA-nın məlumatına görə, Sunjensk rayonunda keçirilən əməliyyatda iki milis əməkdaşı həlak olub, bir milis isə yaralanıb. Hazırda Arştı, Alxastı, Mujiçi, Nesterovskoe və Çemulıqa kəndlərində antiterror əməliyyatı davam edir. Rusiya mətbuatı yekun rəqəmlərin dəyişə biləcəyini istisna etmir. Əməliyyat bu ərazidə çoxlu sayda terrorçunun gizləndiyi barədə məlumat alındıqdan sonra başlayıb. Milislərlə atışmada nə qədər terrorçunun iştirak etdiyi məlum deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR