Bank Of Baku

Moskvada Ermənistan və Rusiya prezidentlərinin görüşü keçirilib

Moskvada Ermənistan və Rusiya prezidentlərinin görüşü keçirilib
# 12 oktyabr 2009 16:04 (UTC +04:00)
Bakı – APA. Rusiyaya işgüzar səfərə gedən Ermənistan prezidenti Serj Sarkisyan Moskvada Rusiya prezidenti Dmitri Medvedevlə görüşüb. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, D. Medvedev iki ölkə arasında intensiv siyasi dialoq olduğunu söyləyərək bir neçə gün əvvəl Kişinyovda Azərbaycan prezidentinin də iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş üçtərəfli görüşü buna sonuncu misal kimi göstərib. O, Ermənistanla Rusiya arasında regional əlaqələrin möhkəmləndirilməsinə görə S. Sarkisyana təşəkkür edib. S. Sarkisyan da öz növbəsində Dağlıq Qarabağ probleminin həllinə şəxsən iştirak etdiyi üçün D. Medvedevə təşəkkürünü bildirib: “Mən bizim Türkiyə ilə əlaqələrimizin inkişafına verdiyiniz töhfəyə görə də Rusiya rəhbərliyinə və şəxsən sizə minnətdaram. Bu, onu göstərir ki, Rusiya Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına çalışır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR