Bank Of Baku

İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı 7 yaraqlı öldürülüb

İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı 7 yaraqlı öldürülüb
# 12 oktyabr 2009 16:37 (UTC +04:00)
Bakı – APA. İnquşetiyada keçirilən xüsusi əməliyyat zamanı 7 yaraqlı öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, onlardan ikisi partlayış törətmək üzrə mütəxəssis olub.

30 nəfərlik dəstə ilə toqquşma bu gün bütün gün ərzində davam edib. Xüsusi əməliyyat İnquşetiyanın Sunjen rayonunda keçirilib. Öldürülənlərdən birinin şəxsiyyəti artıq müəyyənləşdirilib. Bu, 1989-cu il təvəllüdlü yerli sakin Atrur Maxauridir.

İTAR-TASS-ın məlumatına görə, atışma zamanı iki milis əməkdaşı öldürülüb. İnquşetiyanın beş yaşayış məntəqəsində antiterror əməliyyatı rejimi tətbiq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR