Bank Of Baku

Zbiqnev Rıbatski: “Ermənistanda NATO-ya neqativ münasibət var”

Zbiqnev Rıbatski: “Ermənistanda NATO-ya neqativ münasibət var”
# 13 oktyabr 2009 10:55 (UTC +04:00)
Bakı – APA. “Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Ermənistanla NATO-nu yaxınlaşdıracaq”. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Cənubi Qafqaz üzrə məsul zabiti Zbiqnev Rıbatski deyib. O, NATO-Ermənistan əlaqələrinin mövcud əməkdaşlıq proqramları üzrə fəal inkişaf etdiyinə diqqət çəkib: “Ancaq Ermənistanda sovet dövrünün mirası olaraq hələ də NATO-ya qarşı neqativ stereotip qalır”. Z. Rıbatskinin fikrincə, neqativ münasibət həm də onunla izah edilə bilər ki, Ermənistan Rusiyanın strateji tərəfdaşıdır və NATO ilə Rusiya arasında heç də hər zaman isti münasibətlər olmur: “Ermənistan NATO üzvü olan Türkiyə ilə problemlərinin həllində vacib addım atdı. Ümid edirəm ki, vaxt ötdükcə Ermənistanda NATO-ya mənfi münasibət dəyişəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR