Bank Of Baku

Rusiya preventiv nüvə zərbələri endirmək hüququnu rəsmiləşdirib

Rusiya preventiv nüvə zərbələri endirmək hüququnu rəsmiləşdirib
# 14 oktyabr 2009 08:36 (UTC +04:00)
Moskva-APA. Rusiyanın hərbi doktrinasına edilən dəyişiklik bu ölkəyə milli təhlükəsizlik maraqları zərbə altına düşəcəyi təqdirdə təcavüzkara preventiv nüvə zərbəsi endirmək hüququ verir. APA-nın məlumatına görə, bu barədə “İzvestiya”ya müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, hərbi doktrinada hərbi münaqişələrin təsnifatı da dəyişdirilib. Artıq sənəddə hərbi münaqişələr irimiqyaslı, regional, lokal və silahlı münaqişələr olmaqla dörd yerə bölünüb. Nikolay Patruşev hazırda dünyada lokal və silahlı münaqişələrin üstünlük təşkil etdiyini bildirib. Yeni hərbi doktrinaya görə, Rusiya təkcə irimiqyaslı münaqişələrdə deyil, regional, hətta lokal münaqişələrdə belə nüvə silahı tətbiq etmək imkanına malikdir. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton ölkəsinin hərbi doktrinasında preventiv nüvə zərbələrinin endirilməsi imkanının nəzərdə tutulmadığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR