Bank Of Baku

Belarusda əhalinin siyahıyaalınması keçirilir

Belarusda əhalinin siyahıyaalınması keçirilir
# 14 oktyabr 2009 10:02 (UTC +04:00)
Minsk-APA. Bu gün Belarusda əhalinin siyahıyaalınması başlanıb. APA-nın məlumatına görə, proses oktyabrın 24-nə kimi davam edəcək. Siyahıyaalınma prosesində Belarus vətəndaşları ilə yanaşı ölkə ərazisində müvəqqəti məskunlaşan xarici dövlət vətəndaşları barədə də məlumatlar toplanacaq. Ümumilikdə məlumatların toplanmasına 48 min nəfər cəlb olunub. Statistika orqanları ilə yanaşı əhalinin siyahıyaalınmasında güc strukturları, Xarici İşlər Nazirliyi, təhsil və səhiyyə orqanları da iştirak edəcək. Vətəndaşlar suallara Belarus və rus dillərində cavab verə bilərlər. Siyahıyaalmanın ilk nəticələri gələn ilin fevralında açıqlanacaq. Prosesə 2011-ci ilin sonunda tam yekun vurulacağı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR