Bank Of Baku

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO ilə eyni statusa malik olmaq istəyir

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı NATO ilə eyni statusa malik olmaq istəyir
# 14 oktyabr 2009 10:03 (UTC +04:00)
Bakı – APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı BMT-yə əməkdaşlıq memorandumu imzalamağı təklif edib. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, KTMT dünyada terrorçuluğa, narkotrafik və silahların qanunsuz dövriyyəsinə qarşı BMT ilə birgə mübarizə aparmaq istəyir. Təklif qəbul olunarsa, KTMT sülhməramlı əməliyyatlar da apara biləcək və faktiki olaraq NATO ilə eyni statusa malik olacaq. Memorandum layihəsi Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin tərəfindən Baş Assambleyanın 64-cü sessiyasına təqdim edilib.

Xatırladaq ki, NATO 2008-ci ildə BMT ilə saziş imzalayıb və bu, Rusiyanın narazılığına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR