Bank Of Baku

ABŞ-ın Qəbələ RLS-in birgə istifadəsinə marağı davam edir

ABŞ-ın Qəbələ RLS-in birgə istifadəsinə marağı davam edir
# 14 oktyabr 2009 10:41 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. ABŞ Rusiya ilə təhlükəsizlik sahəsində yalnız Qəbələ RLS-lə bağlı yox, bir sıra istiqamətlər üzrə əməkdaşlığa maraq göstərir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. Azərbaycan ərazisində yerləşən RLS-dən birgə istifadə haqqında Rusiyanın təklifinə amerikalıların münasibəti haqda sualı cavablandıran S. Ryabkov bildirib ki, prinsipcə ABŞ təkcə bu obyektlə əlaqəli deyil, başqa istiqamətlər üzrə də əməkdaşlıq etmək istəyir. Nazir müavini hesab edir ki, tərəflər bu əməkdaşlıq üçün siyasi zəmin yaratmalıdır.

Xatırladaq ki, oktyabrın 13-də Moskvada Rusiya və ABŞ xarici siyasət idarələri rəhbərlərinin görüşü keçirilib. Həmin görüşdə raket hücumundan müdafiə ilə bağlı məsələlər də müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR