Bank Of Baku

Belarusda əhalinin siyahıya alınmasına başlanılıb

Belarusda əhalinin siyahıya alınmasına başlanılıb
# 14 oktyabr 2009 19:39 (UTC +04:00)
Bakı – APA. Bu gündən etibarən Belarusda əhalinin siyahıya alınmasına başlanılıb. APA-nın “BELTA”ya istinadən xəbərinə görə, siyahıyaalma oktyabrın 24-nə qədər davam edəcək.
Belarus vətəndaşları ilə yanaşı, ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər, eləcə də ölkədən kənarda olanlar da siyahıya alınacaq. Əhali arasında sorğu aparmaq üçün 48 min nəfər cəlb olunub. Dövlət orqanlarından Statistika Komitəsi ilə yanaşı, güc strukturları, Xarici İşlər, Təhsil və SƏhiyyə nazirlikləri də prosesdə yer alır. Suallara həm belarus, həm də rus dillərində cavab vermək olar.
Siyahıyaalmanın ilkin nəticələri 2010-cu ilin fevralında məlum olacaq, 2011-ci ilin sonunda isə tam yekunlaşdırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR