Bank Of Baku

Kişinyovda güclü partlayış olub

Kişinyovda güclü partlayış olub
# 15 oktyabr 2009 07:52 (UTC +04:00)
Bakı – APA. Moldovanın paytaxtı Kişinyovda Şəhər Gününə həsr olunmuş bayram tədbirləri zamanı güclü partlayış verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, oktyabrın 14-də Moskva vaxtı ilə saat təxminən 23.30-da baş verən partlayış nəticəsində əvvəlcə 15 nəfər yaralandığı barədə xəbər yayılıb. Sonradan Kişinyov meri Dorin Kirtoake 26 nəfərin yaralandığını açıqlayıb. Təcili yardımdan isə azı 37 nəfərin yaralandığını deyiblər.

Daxili işlər nazirinin müavini partlayışın qəsdən törədildiyini bildirib. Belə ki, meydanda karton qutunun içində gizlədilmiş RQD-5 qumbarası partlayıb. Fakt üzrə cinayət işi qaldırılıb. Hadisə yerində operativ istintaq qrupu işləyir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR