Bank Of Baku

Ermənistan paytaxtında daşnakların etiraz aksiyası keçirilir

Ermənistan paytaxtında daşnakların etiraz aksiyası keçirilir
# 16 oktyabr 2009 16:22 (UTC +04:00)
Bakı – APA. Erməni İnqilabi Federasiyası – Daşnaksutyunun təşkilatçılığı ilə İrəvanda kütləvi etiraz aksiyası keçirilir. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, Şarl Aznavur meydanında keçirilən aksiyada 6-7 min adam iştirak edir. Onlar əllərində “Türkiyəyə heç bir güzəşt olmaz!”, “Türklərin şərtlərinə yox!”, “Artsax öz müqəddəratını təyin edib, bu fakta hörmət edin!”, “Ermənistan hər şeydən üstündür!” sözləri yazılmış plakatlar tutublar.

Aksiyaya “İrs” Partiyasının lideri Armen Martirosyan, Xalq Partiyasının sədri Tiqran Karapetyan, “Yeni zaman” Partiyasının lideri Aram Karapetyan və “Ramkavar-Azatakan” Partiyasının sədri Arutyun Arakelyan da qatılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR