Bank Of Baku

Qazaxıstanın sabiq ətraf mühit naziri azadlıqdan məhrum edilib

Qazaxıstanın sabiq ətraf mühit naziri azadlıqdan məhrum edilib
# 16 oktyabr 2009 21:45 (UTC +04:00)
Bakı – APA. Qazaxıstanın sabiq ətraf mühit naziri Nurlan İskakov 4 il müddətinə azadlıqdan məhrum edilib. APA-nın "Kazakhstan Today"ə istinadən xəbərinə görə, onun iki müavini şərti cəza ilə həbsdən yayına bilib.
N.İskakov qulluq mövqeyindən sui-istifadə və büdcə vəsaitlərini talamaqda günahkar bilinib. Onun müavinləri Zeynulla Sarsembaev və Aljan Braliev 3 və 2 il müddətinə şərti cəza alıblar. Bu müddət ərzində onlara dövlət qulluğunda vəzifə tutmaq da qadağan edilib.
Qeyd edək ki, sabiq nazir də, onun müavinləri də ittihamları rədd edir, özlərini günahkar bilmirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR