Bank Of Baku

Viktor Çernomırdin Rusiya Cüdo Federasiyasının prezidenti olacaq

Viktor Çernomırdin Rusiya Cüdo Federasiyasının prezidenti olacaq
# 16 oktyabr 2009 18:34 (UTC +04:00)
Bakı - APA. Rusiyanın sabiq baş naziri Viktor Çernomırdin Rusiya Cüdo Federasiyasının prezidenti olmağa hazırlaşır.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, onun namizədliyini federasiyanın Rəyasət Heyəti irəli sürüb. Rusiya Cüdo Federasiyasına prezident seçkiləri oktyabrın 2-də Voronejdə - qurumun hesabat-seçki konfransında keçiriləcək. Sabiq baş nazirdən başqa heç kim namizədliyini irəli sürməyib.
Hazırda Rusiya prezidentinin MDB ölkələri ilə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi olan V.Çernomırdin Cüdo Federasiyasının prezidenti postunu 2012-ci ilə qədər tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR