Bank Of Baku

Medvedev rus “qanuni oğru”larla mübarizəni sərtləşdirir

Medvedev rus “qanuni oğru”larla mübarizəni sərtləşdirir
# 16 oktyabr 2009 20:16 (UTC +04:00)
Bakı – APA. Rusiyada “qanuni oğru”larla mübarizə məqsədilə qanunvericilik sərtləşdirilir.
APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, Dövlət Duması cinayətkar qruplaşma və birlik yaratmağa, həmçinin onun fəaliyyətində iştiraka görə sərt cəza nəzərdə tutan qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsinin müəllifi prezident Dmitri Medvedev olub.
Dumanın qanunvericilik üzrə komitəsinin sədr müavini Vladimir Qruzdev bildirib ki, bu qanun əslində Rusiya cinayət aləminin rəhbərlərinə qarşı yönəlib: “Tezliklə bizim vətəndaşlarımızın leksikonundan “qanuni oğru” ifadəsi çıxacaq. Oğru həbsxanada olmalıdır və olacaq”.
Qeyd edək ki, qanunvericiliyə edilən bu dəyişikliklərlə mütəşəkkil cinayətkar qrup yaratmağa görə maksimal cəza 20 ildən ömürlük həbsə yüksəldilib. Bundan başqa, bu cür qruplaşmaların tərkibində cinayət törədən şəxslər şərti cəzadan əllərini üzməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR