Bank Of Baku

Moldovada prezident seçkiləri növbəti dəfə təxirə salına bilər

Moldovada prezident seçkiləri növbəti dəfə təxirə salına bilər
# 19 oktyabr 2009 07:19 (UTC +04:00)
Kişinyov-APA. Moldova prezidentinin seçkiləri üzrə parlament komissiyasının sədri İon Pleşka alternativsiz əsaslarda seçkilər keçirməyin mümkünsüzlüyünü bildirib. APA-nın məlumatına görə, İon Pleşka namizədlərin qeydiyyatı müddətinin başa çatdığını, bu müddətdə yalnız Moldova Demokrat Partiyasının lideri Marian Lupunun seçkilərdə iştirak etmək üçün sənədləri komissiyaya təqdim etdiyini deyib. Onun sözlərinə görə, komissiya alternativ əsaslarda seçkilər keçirilməsinin mümkün olmadığı ilə bağlı parlamentə hesabat təqdim edəcək və bundan sonra yeni seçkilərin tarixi müəyyən olunacaq. Komissiya sədri Moldova qanunvericiliyinin alternativsiz əsaslarda seçki keçirməyə imkan vermədiyini bildirib. Qeyd edək ki, Moldovada prezident seçkiləri oktyabrın 23-nə təyin olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR