Bank Of Baku

Ukraynada prezident seçkiləri 2010-cu il yanvarın 17-də keçiriləcək

Ukraynada prezident seçkiləri 2010-cu il yanvarın 17-də keçiriləcək
# 19 oktyabr 2009 14:16 (UTC +04:00)
Kiyev-APA. Ukrayna prezidenti Viktor Yuşşenko növbəti prezident seçkilərinin keçirilməsi barədə fərman imzalayıb. APA-nın məlumatına görə, Ukraynada prezident seçkiləri gələn il yanvarın 17-də keçiriləcək. Artıq bu gündən seçkilərə rəsmən start verilib, sabahdan noyabrın 6-dək namizədlərin irəli sürülməsinə başlanılacaq. Xatırladaq ki, bir çox siyasətçilər, o cümlədən hazırkı dövlət başçısı Viktor Yuşşenko, baş nazir Yuliya Timoşenko, Ali Radanın sabiq spikeri Arseni Yatsenyuk və Regionlar Partiyasının lideri Viktor Yanukoviç seçkilərə namizəd qismində qatılacaqlarını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR