Bank Of Baku

Gürcüstanda maliyyə polisi barədə yeni qanun layihəsi hazırlanıb

Gürcüstanda maliyyə polisi barədə yeni qanun layihəsi hazırlanıb
# 20 oktyabr 2009 08:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstan parlamentinə maliyyə polisinin yeni keyfiyyətdə fəaliyyət göstərməsi barədə yeni layihə təqdim edilib. Layihədə maliyyə polisi Maliyyə Nazirliyinin istintaq xidməti kimi təqdim olunub. Parlamentin azərbaycanlı deputatı Ramin Bayramov APA-ya açıqlamasında bildirib ki, yeni xidmətin rəhbəri vəzifəsinə namizədi maliyyə naziri və dövlət naziri təqdim edəcək. Bu şəxslərin təqdimatı əsasında prezident maliyyə polisi xidmətinin rəhbərini təyin və azad edə bilər. Xidmətin rəhbəri prezidentə tabe olur və ona hesabat verir.
Sənədə əsasən istintaq qrupu və onun xüsusi təyinatlı dəstəsi qanunla fiziki güc işlətməklə məcburetmə hüququna, xüsusi vasitələrə, o cümlədən odlu silaha malik olacaq. Xidmətə ekspertiza, həbslər aparmaq, maneəsiz müəyyən yerlərə daxil olmaq ixtiyarı verilir. Bu xidmət eyni zamanda yaşayış məntəqələrində, magistral yollarda, ərazi sularında yoxlamalar apara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR