Bank Of Baku

“Kulevi” terminalı yaxınlığında batmış Ukrayna gəmisi çıxarılacaq

“Kulevi” terminalı yaxınlığında batmış Ukrayna gəmisi çıxarılacaq
# 20 oktyabr 2009 19:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Gürcüstanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə məxsus «Kulevi» terminalı yaxınlığında ötən il batmış Ukraynaya məxsus «Skadovsk» gəmisinin dənizdən çıxarılmasını terminal həyata keçirəcək.

APA-nın Gürcüstan KİV-nə istinadən məlumatına görə, hazırda kran gəmisi komandası və dalğıcların görəcəyi iş planı üzərində işlər bitmək üzrədir. Hazırlıq işləri bitəndən sonra kran gəmisi iş görəcəyi yerə aparılacaq, yaxın günlərdə əməliyyata başlanacaq.

«Kulevi» terminalı gəminin müstəqil olaraq qaldırmaq işlərinə həmin gəminin sahibi bu işi görməkdən imtina etdikdən sonra başlayıb. «Çernomortexflot»a məxsus «Skadovsk» gəmisi limana iritonnajlı gəmilərin yan alması üçün sahilbərkitmə işləri aparırdı. Baş vermiş qəza terminalın işinə mane olmayıb, gəmilərin yan alması üçün maneə yoxdur.

Xatırladaq ki, keçən il sentyabrın 30-da gəmi saya oturub, Ukraynadan gələn mütəxəssislər onu çıxarmağa cəhd etsələr də, oktyabrın 3-də gəmi çevrilib. Qəza nəticəsində gəmidə olan 31 nəfərdən 28-si xilas olunub, gəminin kapitanı və 2 ekipaj üzvü isə həlak olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR