Bank Of Baku

Gürcüstan parlamenti sabiq prezident Qamsaxurdiyanın ölümünün səbəbini araşdıracaq

Gürcüstan parlamenti sabiq prezident Qamsaxurdiyanın ölümünün səbəbini araşdıracaq
# 21 oktyabr 2009 07:01 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamenti ölkənin ilk prezidenti Zviad Qamsaxurdiyanın ölümünün səbəblərini araşdıracaq təhqiqat komissiyasının yaradılmasına razılıq verib. APA-nın məlumatına görə, 78 deputat qərarın lehinə, 1 deputat isə əleyhinə səs verib. Qeyd edək ki, 1992-ci ildə hakimiyyətdən devrilən Qamsaxurdiya Gürcüstanın qərbindəki kəndlərdən birində vəfat edib. Sabiq prezidentin cəsədi gizli yerdə dəfn olunub, daha sonra cəsədin qalıqları çıxarılaraq Qroznıya aparılıb. 2007-ci ildə Qamsaxurdiyanın cəsədinin qalıqları Qroznıdan gətirilərək Mtaçminda panteonunda dəfn edilib. Rəsmi versiyaya görə, Gürcüstanın ilk prezidenti intihar edib, lakin onun tərəfdarları Qamsaxurdiyanın öldürüldüyünü iddia edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR