Bank Of Baku

17 il əvvəl itkin düşmüş şəxs Qroznıda terror aktı törədib

17 il əvvəl itkin düşmüş şəxs Qroznıda terror aktı törədib
# 22 oktyabr 2009 07:13 (UTC +04:00)
Qroznı-APA. Qroznıda baş verən terror aktı nəticəsində dörd milis əməkdaşı və bir mülki şəxs yaralanıb. APA-nın məlumatına görə, Çeçenistanın daxili işlər naziri Ruslan Alxanov hüquq-mühafizə orqanlarının bir terrorçunu zərərsizləşdirməyə çalışan zaman həmin şəxsin üzərindəki “şəhid qurşağı”nı işə saldığını bildirib. Partlayış nəticəsində milis əməkdaşlarından başqa təsadüfən hadisə baş verən yerdən keçən mülki şəxs də yaralanıb. İlkin məlumata görə, terror aktını 1992-ci ildən itkin düşdüyü güman olunan Zaurbek Həşimov adlı şəxs törədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR