Bank Of Baku

Başqırdıstanda “Hizbut-təhrir” terror təşkilatının yerli şəbəkəsi zərərsizləşdirilib

Başqırdıstanda “Hizbut-təhrir” terror təşkilatının yerli şəbəkəsi zərərsizləşdirilib
# 22 oktyabr 2009 08:20 (UTC +04:00)
Ufa-APA. Başqırdıstan paytaxtında fəaliyyəti qadağan olunmuş “Hizbut-təhrir” terror təşkilatının yerli şəbəkəsi aşkarlanaraq zərərsizləşdirilib. APA-nın məlumatına görə, terror təşkilatı üzvlərinin Ufada konspirativ şəbəkə formalaşdırdığı, öz sıralarına adamlar cəlb etdiyi, əhali arasında təbliğat işi apardığı müəyyənləşib. Gizli toplantılarda terror təşkilatının üzvlərinə Rusiyanın dövlət quruluşunun dəyişməyin zəruriliyi, Xilafətin qurulmasına qarşı çıxanlarla cihada səsləmək barədə təlimatlar verildiyi müəyyənləşib. Terror təşkilatının fəaliyyətinin təşkili üçün əhalidən könüllü ianələr toplandığı da bildirilir. Faktla bağlı bir neçə nəfər həbs olunub, “Hizbut-təhrir” üzvlərinin yaşadığı evlərdən çoxlu sayda məhkəmə qərarı ilə qadağan olunmuş təbliğat materialı götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR