Bank Of Baku

Avropa Birliyi Özbəkistana silah satışına dair embarqonu aradan qaldırır

Avropa Birliyi Özbəkistana silah satışına dair embarqonu aradan qaldırır
# 23 oktyabr 2009 00:11 (UTC +04:00)
Bakı – APA. Avropa Birliyi ölkələri Özbəkistana silah və hərbi texnika satışına dair embarqonu aradan qaldırmaq niyyətindədir.
APA-nın xəbərinə görə, 2005-ci ildə Əndicanda baş verən qanlı hadisələrdən sonra tətbiq olunan embarqonun ləğvi avropalı diplomatların oktyabrın 20-də Brüsseldə keçirilən toplantısında razılaşdırılıb. AB-yə üzv dövlətlərin XİN başçılarının gələn həftə keçiriləcək görüşündə bu qərar rəsmən elan olunacaq.
Qeyd edək ki, Əndican hadisələrindən sonra AB-nin Özbəkistana tətbiq etdiyi sanksiyalara bu ölkənin yüksək rütbəli məmurlarının səfərlərinə qadağa, iqtisadi əlaqələrin məhdudlaşdırılması da daxil idi. Sanksiyaların əksəriyyəti 2008-ci ilin oktyabrında ləğv olunmuş, yalnız silah satışına embarqo qalmışdı. AB qərarını “Özbəkistanda insan hüquqlarının təmin olunması sahəsindəki irəliləyişlər”lə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR