Bank Of Baku

Moldova parlamenti prezident seçə bilmir

Moldova parlamenti prezident seçə bilmir
# 23 oktyabr 2009 07:58 (UTC +04:00)
Kişinyov – APA. Moldova parlamentində ölkə prezidentinin seçkisi təxirə salınıb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar seçkinin təşkili üzrə parlament komissiyasının tövsiyəsi ilə qəbul olunub. Prezidentin nə vaxt seçiləcəyi hələlik bəlli deyil. Seçkinin azı iki həftə sonra baş tuta biləcəyi bildirilir.

Qeyd edək ki, parlament koalisiyası prezidentliyə Demokrat Partiyasının lideri Marian Lupunun namizədliyini irəli sürüb. Başqa bir namizəd hələlik yoxdur. Lakin koalisiya prezidenti seçmək üçün yetərli səsə malik deyil. Hazırda prezident səlahiyyətlərini parlamentin sədri Mixay Gimpu icra edir. Konstitusiyaya əsasən prezident seçkisi iki dəfə ardıcıl baş tutmasa, parlament buraxılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR