Bank Of Baku

Ukrayna prezidentliyinə 4 nəfərin namizədliyi qeydə alınıb

Ukrayna prezidentliyinə 4 nəfərin namizədliyi qeydə alınıb
# 23 oktyabr 2009 14:15 (UTC +04:00)
Bakı – APA. Ukrayna Mərkəzi Seçki Komissiyası prezidentliyə 4 nəfərin namizədliyini qeydə alıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Ali Radanın sabiq sədri, “Dəyişikliklər cəbhəsi” adlı ictimai təşəbbüsün lideri Arseni Yasenyuk, keçmiş müdafiə naziri, “Vətəndaş mövqeyi” Ümumukrayna İctimai Birliyinin rəhbəri Anatoli Qritsenko, Kommunist Partiyasının sədri, “Sol və sol-mərkəzçi qüvvələr bloku”nun lideri Pyotr Simonenko və hüquqşünas Oleq Ryabkon prezidentliyə namizəd kimi rəsmən qeydiyyatdan keçiblər. Onlara namizədlik vəsiqəsi verilib və məşvərətçi səs hüquqlu səlahiyyətli nümayəndələri təsdiqlənib.

Ali Radanın sədri, Xalq Partiyasının lideri Vladimir Litvin, xalq deputatı İnna Boqoslavskaya və tanınmış bankir Sergey Tiqipko da qeydiyyat üçün sənədlərini MSK-ya göndərib. Prezidentlik yarışının əsas favoritlərindən olan baş nazir Yuliya Timoşenko isə öz saytında seçki kampaniyası üçün maddi vəsait toplamağa başlayıb.

Xatırladaq ki, prezident seçkisi 2010-cu il yanvarın 17-də keçiriləcək. İlk turda qalibin müəyyənləşməyəcəyi indidən bəllidir. Bu halda ikinci turun iki həftə sonraya təyin ediləcəyi gözlənilir. Mübarizənin baş nazir Yuliya Timoşenko ilə Regionlar Partiyasının sədri Viktor Yanukoviç arasında keçəcəyi şübhəsizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR